Estetik Cərrahiyyə

  • Home
  • İnformativ mətnlər
  • Estetik Cərrahiyyə

Estetik Cərrahiyyə: Gözəlliyə Və Özgüvənə Gedən Yol

Estetik cərrahiyyə, bədənin estetik baxımdan daha xoş görünməsini təmin edən tibbi prosedurları əhatə edir. Bu sahə, sadəcə fiziki görünüşü deyil, eyni zamanda şəxsin özgüvənini və psixoloji durumu yaxşılaşdırmağı hədəfləyir. Estetik cərrahiyyə prosedurları, bədənin çox fərqli nahiyələrinə aid gözlənilən dəyişiklikləri gerçəkləşdirməyə imkan yarıdır.

Estetik Cərrahiyənin Alt sahələri

Estetik cərrahiyyə üç əsas sahədə tətbiq olunur: Üz və boyun cərrahiyyəsi, bədən formalaşdırmasinə cərrahiyyəsi. Hər bir və ya bir neçə alt sahə üzrə ixtisaslaşmış estetik cərrahlar bu əməliyyatları icra edirlər:

1.    Üz və Boyun Cərrahiyyəsi

Rinoplastika: Burun formasını dəyişdirmək və funksional problemləri aradan qaldırmaq üçün tətbiq olunan prosedurdur. Bu, estetik cərrahların ən çox etdiyi cərrahi əməliyyatdır.
Üz Dartma (Facelift): Dəri sallanması və qırışları minimuma endirmək üçün həyata keçirilir. Bəzi insanlar yaşlandıqca üz quruluşunu saxlamaq üçün bu cür əməliyyatlardan istifadə edirlər.

2.    Bədən Formalaşdırma

Liposaksiya: Bədənin şəkil və konturunu düzəltmək üçün piy toxumasının kənarlasdırılması.
Abdominoplastika: Qarın nahiyəsini dəyişdirmək və dərinin elastikliyini bərpa etmək üçün dəri və piy toxuması çıxarılır.

3.    Sinə Cərrahiyyəsi

Mamoplastika – Sinə Böyütmə: Sinə formasını bərpa etmək və ya böyütmək üçün silikon implantlar tətbiq olunur.
Mamoplastika – Sinə Kiçiltmə: Sinə həcmində deformasiya ya da sağlamlıq problemləri olduqda həyata keçirilir.

Estetik Cərrahlar Və Klinikalar

Əgəs siz Bakıda ən yaxşı estetik cərrah axtarışındasınızsa diqqətli olun. Sadəcə peşəkarlıq deyil, eyni zamanda pasiyentlərin güvəndikləri tibbi təcrübəsi olan cərrahlara etibar etmək lazımdır. Həkimin təhsili, müvafiq sahə üzrə sertifakatları və icazəsinin olub olmadığı ilə maraqlanmaq laızmdır. İş təcrübəsini öyrənmək heç də pis olmaz. Estetik klinikaları seçərkən, təcrübəli və sertifikatlaşırdılmış estetik cərrahlara üstünlük verilməlidir. Çünki bu prosedurlar tibbi bilik, texnika və estetik hissiyatı kombinasiyasını tələb edir.

Estetik Cərrahiyənin Faydaları

Özünə inamı artırır: Bədən forması və üz görünüşü ilə narazı olan insanların özgüvənini artırır.

Estetik Görünüşü Korreksiya edir: Deformasiya ya da yaşlanma izlərinin estetik baxımdan düzəldilməsi şəxsin özünə olan inamını artırır.

Funksional Problemləri Həll Edir: Estetik cərrahiyyə sadəcə gözəllik deyil, eyni zamanda tənəffüs, hərəkət və ya sinə funksiyası kimi problemləri də aradan qaldıra bilir.

Estetik cərrahiyyə, bədən və özgüvən arasındakı balansı qorumaq və artırmaq üçün tətbiq olunan müsbət dəyişikliklər yaradan sahədir. Bu prosedurların doğru klinikada və peşəkar estetik cərrah tərəfindən həyata keçirilməsi, məqsədə nail olmağı təmin edir.

Arxivlər

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.