Plastik Cərrahiyyə: Sizin Sağlamlıq və Estetik Ehtiyaclarınıza Həll
Plastik cərrahiyyə bədənin formasını və funksiyasını bərpa etmək, eləcə də qüsurlarını aradan qaldırmaq üçün tətbiq olunan tibb sahəsidir. Plastik cərrahlar əsasən travmalar, xəstəliklər, genetik qüsurlar zamanı və ya estetik narahatlıqlarla əlaqədar problemləri həll edir. Bu sahə dərin rekonstruksiya və estetik ehtiyaclara eyni vaxtda cavab verə bilən geniş imkanlar təklif edir.
Plastik cərrahiyyə iki əsas istiqamətdən ibarətdir: estetik cərrahiyyə və rekonstruktiv cərrahiyyə.
Estetik cərrahiyyə, plastik cərrahiyyənin alt sahəsi olaraq qəbul edilir, lakin bu sahə kifayət qədər geniş olduğu üçün çox vaxt müstəqil bir kateqoriya kimi təqdim olunur. Ona görə də saytımızda ayrı kateqoriya kimi təqdim etmişik.
Plastik cərrahiyyənin növləri:
Plastik cərrahiyyə metod və məqsədlərinə görə bəzi növlərə bölünür.
Yanıq İzlərinin Bərpası
Yanıq izləri fiziki və emosional olaraq ciddi narahatlıq yarada bilər. Plastik cərrahiyyə, yanıq izlərini azaltmaq və ya tamamilə aradan qaldırmaq üçün müasir texnologiya və metodlardan istifadə edir.
• Lazer terapiyası: Yanıq izinin dərinliyini azaltmaq üçün effektivdir.
• Dəri köçürülməsi (skin grafting): Səthi və ya dərin izlərin dəri transferi yolu ilə bərpa olunması.
• Kortikosteroid inyeksiyaları: Hipertrofik izləri azaltmaq üçün tətbiq edilir.
Yanıq izlərinin bərpası sadəcə estetik deyil, eyni zamanda bədən funksiyalarının bərpa edilməsi üçün nəzərdə tutur.
Rekonstruktiv Əməliyyatlar
Rekonstruktiv plastik cərrahiyyə, bədən hissələrinin funksiyasını bərpa etmək və xarici görünüşü şəxsi ehtiyaclara uygun formalaşdırmaq üçün icra olunur. Bu tip əməliyyatlara əsasən aiddir:
• Onkoloji rekonstruksiya: Xərçəng əməliyyatından sonra toxumaların bərpası (məsələn, sinə rekonstruksiyası).
• Dəri köçürülməsi: Yaralar, yanıqlar və ya infeksiyadan sonra dəri transferi.
• Əməliyyat sonrası deformasiyanın bərpası: Daha öncəki cərrahi müdaxilələrdən yaranmış deformasiya və ya izlərin korreksiyası.
Rekonstruktiv əməliyyatlar, plastik cərrahın texniki bacarıqlarını ən üst səviyyədə olmasını tələb edən sahədir.
Anadangəlmə Qüsurların Korreksiyası
Plastik cərrahlar genetik və ya prenatal faktorların yaratdığı qüsurları aradan qaldırmaq üçün ixtisaslaşırlar. Bu kateqoriyaya aid əməliyyatlar:
• Dodaq-damaq yarıqlarının düzəldilməsi: Yenidoğulanlarda qidalanma və nitq problemlərinin aradan qaldırılması üçün vacibdir.
• Polidaktiliya və ya sindaktiliyanın düzəldilməsi: Artıq barmağlarının kəsilməsi.
• Mikrotiya: anadangəlmə qulaq seyvanının tam formalaşmaması.
Bu cür prosedurlar pasiyentin sosial adaptasiyası və özgüvənin artması baxımından çox dəyərlidir.
Qəzadan Sonra Bərpa Əməliyyatları
Travmalar plastik cərrahiyyənin əsas tətbiq sahələrindən biridir. Qəzadan Sonra Bərpa Əməliyyatları, funksiyanı bərpa etmək və zədələnmiş görünüşün bərpası üçün həyata keçirilir.
• Skelet rekonstruksiyası: Sümük qırıqlarının bərpası.
• Damar və sinir cərrahiyyəsi: Travmadan sonra bədən funksiyasının bərpası.
• Protez ilə bərpa: Ətrafını itirmiş insanlar üçün estetik və funksional həllər.
Hər bir prosedur, pasiyentin fərdi ehtiyaclarını qarşılamaq və ona özgüvən qazandırmaq üçün icra edilir.
Sinə Rekonstruksiyası
Sinə rekonstruksiyası, adətən döş xərçəngi və ya digər tibbi səbəblərdən dolayı mastektomiya (döşün cərrahi yolla çıxarılması) və ya lumpektomiya (döş toxumasının bir hissəsinin çıxarılması) keçirmiş qadınlarda döşün formasını, simmetriyasını və görünüşünü bərpa etmək üçün tətbiq olunan cərrahi prosedurdur.
Sinə rekonstruksiyası hər yaşda və xərçəngin müxtəlif mərhələləri olan qadınlar üçün uyğun ola bilər. Bu prosedur:
• Mastektomiya sonrası döş formasını bərpa etmək istəyənlər,
• Döş toxumasında ciddi deformasiya olan qadınlar,
• Hər iki döş arasında simmetriyanı təmin etmək istəyənlər üçün nəzərdə tutulur.
Plastik cərrah kimdir?
Plastik cərrah, bədənin forma və funksiyalarını bərpa etmək və ya yaxşılaşdırmaq üçün ixtisaslaşmış tibbi peşəkarır. Onlar rekonstruktiv əməliyyatlar, estetik müdaxilələr və tibbi qüsurların korreksiyası sahəsində çox geniş bilik və bacarıqlara sahibdirlər.
Plastik cərrah olmaq üçün uzun müddətli və çox səviyyəli təhsil almaq lazımdır. Bu proses bir sıra addımlardan ibarətdir:
1. Tibbi Təhsil: Plastik cərrah olmağın əsas şərti Tibb universitetini bitirməkdir. Tibb təhsili adətən 5-6 il davam edir və ümumi tibbi biliklərə sahib olmaq üçün zəmin yaradır.
2. Cərrahiyyə Rezidenturası: Tibb universitetini bitirdikdən sonra, plastik cərrah olmaq istəyənlər ümumi cərrahiyyə rezidenturasını tamamlamaq məcburiyyətindədirlər. Bu rezidentura adətən 3-5 il davam edir.
3. Plastik Cərrahiyyə Rezidenturası: Ümumi cərrahiyyə ixtisasından sonra plastik cərrahiyyə sahəsində ixtisaslaşmaq üçün daha 2-3 il rezidentura proqramına qoşulmaq lazımdır. Bu proqram plastik cərrahiyyənin bütün aspektlərini öyrədir: rekonstruktiv prosedurlar, estetik cərrahiyyə və mikro cərrahiyyə.
4. Praktik Təcrübə: Plastik cərrah rezidenturanı bitirdikdən sonra, cərrah olaraq təcrübə toplamaq və işlərinə peşəkar yanaşmaq üçün klinikalarda praktik təcrübə toplayırlar.
5. Sertifikatlaşma: Plastik cərrahlar, ixtisaslarını təsdiqləyən beynəlxalq və ya milli sertifikat proqramlarından keçməlidirlər. Məsələn, “Amerika Plastik Cərrahları Cəmiyyəti”nin (ASPS) təqdim etdiyi sertifikat bu sahədə çox tanınır.
Plastik cərrahların bacarıqları
Plastik cərrahlar çox diqqətli və texniki baxımdan peşəkar olmalıdırlar. Onlar mikro cərrahiyyə texnikalarından istifadə etməyi bacarmalı, insan anatomiyasını çox yaxşı bilməli və hər bir prosedurun risklərini öncədən hesablama qabiliyyətinə malik olmalıdırlar. Estetik və rekonstruktiv prosedurlar arasındaki incəlikləri dəqiq anlamaq da bu sahənin vacib bir hissəsidir.
Plastik cərrahlar insanların həyatını müsbət istiqamətdə dəyişdirmək üçün çox vacib bir rol oynayır. Onlar sadəcə fiziki problemləri deyil, həm də pasiyentlərin özgüvənini qaytarır və ümumi rifahlarını artırır.
Ən Yaxşı Plastik Cərrah seçimi
Plastik əməliyyatı düşünərkən, ixtisaslaşmış plastik cərrah seçmək çox vacibdir. Əməliyyatı planlaşdırmazdan öncə dərindən araşdırma aparmaq, sertifikatları yoxlamaq və tövsiyələrə baxmaq lazımdır. Plastik cərrahiyyə sadəcə estetik deyil, eyni zamanda tibbi problemlərin də həlli üçün əvəzolunmaz bir vasitədir.






